334 650 nəfərdən çox şəxsə aylıq sosial müavinət ödənilir
Tarix: 20.10.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Cari ilin 01 oktyabr tarixinə ölkəmizdə 425 650 nəfərə (respublika əhalisinin 4,4 faizinə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 650 nəfəri (78,6 faizi) aylıq, 91 000 nəfəri (21,4 faizi) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub. Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə Prezidentin 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 01 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 01 oktyabr 2014-cü il tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8299 nəfərdir. Hesabat dövründə Prezidentin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılıb. Bu artım ümumilikdə 53 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb və belə şəxslərə müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info