Azərbaycan Nyu-York Assosiasiyası Müstəqillik gününü qeyd edib
Tarix: 20.10.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü ABŞ-ın Nyu-Yorkda təntənəli şəkildə qeyd olunub. Azərbaycan Nyu-york Assosiasiyası tərəfindən şəhərin Uoall Strit səmtindəki “Boylinq grin” parkında təşkil edilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulunun köməkçisi Reyhan Özgür, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edib. ABŞ və Azərbaycan himnlərinin səsləndirilməsindən sonra Assosiasiyanın sədri Ercan Yerdenli Dövlət Müstəqilliyi günü ilə əlaqədar üçrəngli bayrağımız dövlət himninin sədaları altında qülləyə qaldırılıb.
Ercan Yerdələnli öz çıxışında hər il olduğu kimi bu il də “Boylinq grin” parkındakı bayraq dirəyinə Azərbaycan bayrağının sancılmasından qürur hissi duyduğunu bildirib, bayrağımızın Amerikanın ən güclü iqtisadi mərkəzində dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunu qeyd edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev öz çıxışında Azərbaycan diasporunun gələcək nəsillərinin də üçrəngli bayrağımızı bu meydanda dalğalandıracağına ümid etdiyini deyib.

Nigar









 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info