Ukraynada yaşayan azərbaycanlıların köməyi ilə ilk mobil hospital istifadəyə verilib
Tarix: 20.10.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərlik etdiyi Ukrayna Millətlər Assambleyası Ukrayna Nazirlər Kabineti ilə birgə ölkədə ilk dəfə olaraq mobil xəstəxananın təqdimatını keçirib. Assambleyanın məlumatına görə, mobil hospitalın təqdimatında Ukrayna Nazirlər Kabinetinin etnomilli siyasət məsələləri üzrə şöbə müdiri Gennadi Druzenko, Ukrayna prezidentinin müşaviri Olqa Boqomolets, Kiyev şəhər merinin müavini Mixail Radutski, digər siyasi və ictimai xadimlər iştirak ediblər. Təqdimat zamanı mobil hospitalın əməliyyat bloku təqdim olunub, hərbi əməliyyatlar şəraitində təxliyə komandasının yerdəyişməsi və təcili cərrahiyyə yardımı aparılması imkanları nümayiş etdirilib. Hospital Ukraynanın şərqində gedən döyüşlərdə yaralananlar üçün nəzərdə tutulub. R. Tağıyev bildirib ki, hospitalda hər cür yaralılar üçün bütün tibbi yardımlar və müayinələr nəzərdə tutulub. Mobil hospital döyüş zonasının 10 km-liyində 30 dəqiqə ərzində açılıb yerləşdirilə bilər və hər saatda 10 yaralı əsgərə tibbi cərrahiyyə əməliyyatı yardımı göstərmək imkanına malikdir.
Mobil hospital ölkədəki müxtəlif millətlərə məxsus iş adamlarının, əsasən də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi rəhbərliyinin vəsaiti hesabına yaradılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info