Sergey Lavrov: “Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələri olmayacaq”
Tarix: 20.10.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Həştərxan sammitinin əsas prinsipləri növbəti zirvə toplantısında imzalanacaq prinsiplər haqqında konsepsiyanın əsasını təşkil edir. Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib. Bu barədə “Rossiya 24” kanalı məlumat verir. Lavrov deyib: "Bəyannamədən indi konvensiyanı konkret razılaşmalar, maddələrlə zənginləşdirmək üçün istifadə olunacaq. Bu konvensiyanın prinsiplərindən biri o olacaq ki, regionda əməkdaşlığın bütün istiqamətlərini Xəzəryanı dövlətlərin özləri müəyyən edəcəklər". Onun sözlərinə görə, bu, hər şeydən əvvəl təhlükəsizliyə aiddir, çünki Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələri olmayacaq: “Xəzəryanı ölkələr suverenlik zonası və balıq ovu zonası daxil olmaqla dövlət zonalarının eni haqqında çox əhəmiyyətli məsələni razılaşdırdılar. Bu, Xəzərin hüquqi statusu haqqında konvensiyada əksini tapacaq əsas məsələlərdən biridir". Lavrov deyib ki, daha bir neçə nizamlanmamış məsələ, o cümlədən Trans Xəzər qaz kəmərinin tikintisi haqqında məsələ qalır: "Biz ona əsaslanırıq ki, bu barədə qərarı Xəzər dövlətləri birgə qəbul etməlidirlər". XİN rəhbəri Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunmasının vacibliyini də qeyd edib. Xatırladaq ki, sentyabrın sonlarında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısı keçirilib. “Xəzər beşliyi” iştirakçıları dənizdən birgə istifadə ilə bağlı bir neçə mühüm saziş imzalayıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info