Xüsusi biliyə malik mütəxəssislər üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə işə qəbulla bağlı müsabiqə davam edir
Tarix: 20.10.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Xatırladırıq ki, Məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidləri əsasən inşaat mühəndisliyi və nəqliyyat sahəsində mühəndislik, yol hərəkətinin təşkili, mühasibat uçotu və audit, maliyyə ixtisasları üzrədir.
Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən yüksək hazırlıqlı və təcrübəli Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.
Eyni zamanda Mərkəzin Gəncə regional bölməsinə biologiya, Şəki regional bölməsinə fizika, Şirvan regional bölməsinə kimya ixtisaslı yuxarıda göstərilən tələblərə cavab verən şəxslər qulluğa qəbula dəvət olunurlar.
Ərizə və sənədlər Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi, 24) bütün iş günləri qəbul edilir.
Qulluğa qəbulla bağlı digər aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Mərkəzin internet səhifəsində (www.expert.gov.az) tanış olmaq, eləcə də 498-09-71, 493-18-52 telefonları vasitəsilə əlavə məlumat almaq olar.
Arzu edənlərin müsabiqədə iştiraklarından məmnun olardıq.



Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi






 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info