AMEA Gənc Alim və Mütəxəssislər Şurası rusiyalı həmkarları ilə əməkdaşlığa dair saziş imzaladı
Tarix: 20.10.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və Şuranın İdarə Heyətinin üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov sentiyabr ayının 8-dən 12-ə qədər Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Gənc Alimlər Şurası ilə görüşmüşdü. Həmin görüşün məqsədi GAMŞ-ın beynəlxalq əlaqələrini genişləndirmək çərçivəsində REA-nın Gənc Alimlər Şurası ilə gələcək müştərək elmi-ictimai fəaliyyətlə əlaqədar müzakirələrin aparılması və bu ilin oktyabr ayında ölkəmizdə ikitərəfli əməkdaşlığa dair müqavilənin bağlanmasında ümumi razılığın əldə edilməsilə bağlı olub.
Bu məsələ ilə əlaqədar, REA Gənc Alim və Mütəxəssislər Şurasının nümayəndə heyəti də öz növbəsində 14 oktyabr tarixində Bakıya gəlmiş və hər iki birliyin müştərək elmi-ictimai fəaliyyətinin bərqərar olunmasının təmininə dair geniş müzakirələr aparmışlar. Beynəlxalq əməkdaşlığa dair bütün məsələlər dəqiqləşdirildikdən sonra nəhayət ki, 16 oktyabr tarixində tərəflər müqavilə imzalamaq üçün bir araya gəliblər.
İkitərəfli görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Rusiya elm məktəbinin ənənələrindən danışaraq hər iki tərəf arasında olan tarixi bağlılığı xüsusi qeyd etdi. Yeni təsis olunmuş Şuranın gördüyü işlərdən, AMEA rəhbərliyinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurası ilə əməkdaşlığın yeni məcrada davam etdirilməsi perspektivlərinə verdiyi önəmi xüsusi vurğulayan F. Samanov bununla bağlı nəzərdə tutulan elmi-ictimai əməkdaşlığın istər Azərbaycan və istərsə də Rusiya gənc alim və tədqiqatçıların hərtərəfli inkişafına verə biləcəyi töhfələrin əhəmiyyəti haqqında məlumat da verdi. Təmsil etdiyi Şuranın müqavilədə qeyd olunan müddəalar üzrə istənilən layihənin həyata keçirilməsinə hazır olduqlarını vurğuladı.
REA Gənc Alimlər Şurasının nümayəndə heyətinin rhbəri Aleksandr Fedotov Bakıya səfərinin gənc alim və mütəxəssislərin 1-ci Beynəlxalq Konfransı ilə üst-üstə düşməsindən xüsusi məmuniyyətini qeyd edərək təşkilatçılığla bağlı təəssüratlarının geniş olduğunu vurguladı. Bakıda Gənc Alim və Mütəxəssislər Şurasının belə böyük statusa malik bir elmi tədbirin keçirməsi məsələsini yüksək qiymətləndirdiklərinə, Azərbaycan gənclərinin elmə marağına və həmkarlarına qarşı isti münasibətinə dair fikirlərini bölüşdü. O, da hər iki ölkənin tarixi müttəfiqliyinə toxunaraq müasir dövrdə dünya elminə inteqrasiya hədəflərində şərikli elmi fəaliyyətin rolunu və bu aspektdən böyük elm ənənəsi olan Rusiya-Azərbaycan elmi gəncliyinin müştərək fəaliyyətinin təşkilinin aktuallığı üzrəində geniş danışdı.
Sonda tərəflər birgə əməkdaşlığa dair müqavilə imzaladılar.
Günün ikinci yarısında Gənc Alim və Mütəxəssislər Şurası Türkiyə Elmlər Akademiyasının (TEA) Gənc Alimlər Şurasının nümayəndə heyətilə də görüşmüşlər. Görüşün məqsədi yuxarıda qeyd olunan əməkdaşlığın Turkiyə Gənc Alimlər Şurası ilə də təmin olunmasıdır. TEA tərəfindən nümayəndə heyətinə Türkiyə Gənc Alimlər Şurasının sədri, dr. prof. Yusif Baran rəhbərlik etmişdir. İlkin müzakirələr mühitində keçən görüşdə hər iki ölkənin gənc elm adamları gələcəkdə analoji sazişin qardaş Türkiyə Elmlər Akademiyasının Gənc Alimlər Şurası ilə də bağlanmasına dair razılaşmaya nail oldular.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info