IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin birgə müsabiqəsi başa çatdı
Tarix: 20.10.2014 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə iyulun 15-dən elan olunan “Mənim eko hekayəm” adlı sosial-ekoloji müsabiqə başa çatıb. Müsabiqəyə ekoloji mövzuda 3 dəqiqəlik video çarxın çəkilməsi üçün nəzərdə tutulmuş 50-dən artıq ssenari təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsi əsasında ən yaxşı 3 ssenarinin müəllifi − Liya Bayramova (I yer), Gülşad Abdullayeva (II yer), Cəmilə Məlikova (III yer) müəyyən olunub. Müsabiqənin qalibi Liya Bayramovanın təqdim etdiyi ssenari təbiətin gözəlliyindən, zaman keçdikcə ona dəyən zərərlərdən bəhs edir, insanları ətraf mühitin mühafizəsinə, onu gələcək nəsillər üçün qoruyub saxlamağa səsləyir. Gülşad Abdullayev öz hekayəsində gözəl qadın portreti çəkən rəssamın əsərinin fonunda əks olunan ekoloji problemləri canlandırır. Cəmilə Məlikovanın yazdığı ssenari isə ətraf mühitin çirklənməsini görən gəncin təbiəti qorumaq, onu çirklənməkdən xilas etmək arzusunu əks etdirir. Qeyd edək ki, I yerə layiq görülmüş ssenari əsasında IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial-ekoloji video çarx hazırlanması planlaşdırılır. Müsabiqənin qalibləri, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info