Azərbaycan Albaniya iqtisadiyyatına sərmayə yatıracaq
Tarix: 20.10.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin sədri İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb. İlir Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, Albaniyanın Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirib. O, həmçinin səfəri çərçivəsində Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini məmnunluqla vurğulayıb. Albaniya parlamentinin sədri Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan dövlət başçısı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu qeyd edərək, ölkəmizin Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd edib, ölkələrimiz və xalqlarımız arasında yaxın əlaqələri nəzərə alaraq, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu bildirib. TAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info