ABŞ Suriya kürdlərini silahlandırır
Tarix: 20.10.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Türkiyə buna etiraz edir
Amerika hərbçiləri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərində uzun müddətdir ki, “İŞİD” yaraqlılarına qarşı döyüşən kürd dəstələrinə təyyarələrdən silah-sursat və tibbi ləvazimat atıb.
Bu barədə ABŞ Hava qüvvələrinin mərkəzi komandanlığı məlumat yayıb. Məlumatı təsdiqləyən ABŞ administrasiyasının nümayəndələri bu addımı “İŞİD”in şəhəri ələ keçirəcəyi təqdirdə baş verəcək humanitar fəlakətin və dinc əhalinin kütləvi qırğınının qarşısını almaq məqsədi ilə atdıqlarını iddia ediblər. Administrasiya nümayəndələri, həmçinin bildiriblər ki, ehtiyac yarandığı təqdirdə kürdlərə silah və tibbi ləvazimat yardımı davam edəcək. Mütəxəssislər yardımın müxtəlif üsullarla, həmçinin quru yolu ilə çatdırılmasını da gözdən keçirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan isə öz növbəsində Suriya kürdlərinə silah çatdırılması barədə ABŞ-ın planını tənqid edib və sərhədin digər tərəfindəki kürd təşkilatlarının PPK ilə həmfikir olduqlarını bildirib. O deyib ki, terrorçular digər terrorçularla döyüşsələr belə, onları silahla təmin etmək yanlış addımdır: “Birləşmiş Ştatların və NATO alyansındakı müttəfiqlərimizin bizim terror təşkilatlarına dəstək verəcəyimizi gözləmələri yanlış olardı. Bizim buna razılıq verməyimiz sadəcə olaraq mümkün deyil”. Xatırladaq ki, Türkiyə kürdləri ölkə rəhbərliyini Kobanidə baş verən hadisələrə passiv münasibətinə görə sərt tənqid edirlər. Ankara sərhədin o tayında baş verən toqquşmalara qarışmır, həmçinin Türkiyə kürdlərinin Suriyadakı soydaşlarına kömək etmək üçün sərhədi keçmələrinə icazə vermir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info