Leyla Yunus - Vətənə xəyanətin simvolu
Tarix: 21.10.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


İctimaiyyət Leyla və Arif Yunusları şiddətlə qınayır və onların
həbsini antimilli və cinayətkar fəaliyyətin məntiqi
nəticəsi hesab edir


Vətənə xəyanətdə ittiham edilərək həbs edilən Leyla və Arif Yunusların erməni maraqlarına işləməsi ilə bağlı yetərincə faktlar var. Bütün karyeraları ərzində daim ölkəmizin maraqlarının əleyhinə fəaliyyət göstərən bu cütlüyün Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək səviyyəsinə enmələri cəmiyyətdə ciddi qıcıq və rezonans doğurub. Azərbaycanın hərbi sirr sayıla biləcək informasiyalarını, hərbi məlumatlarını Ermənistan xüsusi xidmət orqanlarına ötürmək qədər şərəfsiz işlə məşğul olan cütlük utanmadan insan hüquqlarından dəm vururlar.
Müharibə vəziyyətində yaşayan bir ölkənin vətəndaşı kimi düşmən ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyin adı Vətənə xəyanətdir. Onsuz da Leyla Yunus həmişə Azərbaycan dövlətinə və xalqına nifrətlə yanaşıb, doğma dilimizdə danışmağı özünə ar bilib. Onun QHT sektorundakı fəaliyyətin əsas istiqamətlərindən birini Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq olub. Bu məsələdə onun maraqları ermənilərin maraqları ilə üst-üstə düşdüyündən birgə fəaliyyət üçün platforma yaradılması o qədər də çətin olmayıb. Erməni diasporunun nəzarəti altında olan təşkilatların ona ayırdığı qrantlar da bu marağın reallaşmasına xidmət edib. Onun əməkdaşlıq etdiyi xarici QHT-lərin demək olar ki, hamısının arxasında erməni lobbisi və Azərbaycanı sevməyən xarici qüvvələr dayanır. Azərbaycan dövlətinin QHT-lərin sərbəst fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yaratdığı şəraitdən sui-istifadə edən Leyla Yunus və Arif Yunus erməni dairələrinin maraqlarının reallaşdırılması ilə məşğul olurmuşlar. Tez-tez İrəvan və Tiflisə edilən səfərlər, Ermənistan kəşfiyyat orqanlarının nümayəndələri ilə keçirilən görüşlərin hamısı QHT pərdəsi altında baş tutub. Ermənilərlə qohumluq əlaqələri olan və müxtəlif QHT tədbiri adı altında qohumlarının sifarişlərini yerinə yetirən cütlüyün əməllərinin ifşa olunması onları dəstəkləyən dairələrin də işini çətinə salıb. L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Düşmən ölkənin xüsusi xidmət orqanları ilə işbirliyi ifşa edilən Leyla Yunus və həyat yoldaşının həbsindən sonra onların İrəvandakı qohumlarının canfəşanlığı diqqətdən kənarda qalmamalıdır. Belə ki, erməni mətbuatı daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardırlar. Ermənistan diasporu Azərbaycandakı emissarlarının müdafiəsi üçün xüsusi kampaniya həyata keçirir. Bununla da onlar Leyla Yunus və həyat yoldaşının Vətənə xəyanətini kölgədə saxlamaqla, guya Azərbaycanda insan hüquqlarının pozulduğunu bəyan edirlər. Yunuslara havadarlıq edən dairələr onun həbsindən istifadə edərək Azərbaycanın əleyhinə kampaniya aparırlar. Bu arada Leyla Yunusun həyat yoldaşı Arif Yunusa yazdığı məktublar da bu oyunun tərkib hissəsini təşkil edir. L.Yunusun A.Yunusa məktubları bir tərəfdən Azərbaycan ictimaiyyəti qarşısında öz fəaliyyətinə bəraət qazandırmaq, digər tərəfdən isə beynəlxalq ictimaiyyətdə özü haqqında “mübariz insan haqları müdafiəçisi” obrazı yaratmaq, erməni lobbisinin təsiri altında olan müəyyən xarici təşkilatların Azərbaycana qarşı kampaniyasına zəmin yaratmağa hesablanıb. Təsadüfi deyil ki, L.Yunus primitiv şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Yunuslar ailəsi və onların erməni havadarlarının bu şousunun heç bir mənası yoxdur. Reallıq budur ki, Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusların əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandırmır. Torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon insanı doğma yurdundan didərgin salan, Xocalıda soyqırımı törədən erməni vəhşilərlə əməkdaşlıq edən Yunuslara qiyməti xalq çoxdan verib. Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusları şiddətlə qınayır və onların həbsini antimilli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir. Leyla Yunus “bizim adımızı tarixdən silmək mümkün olmayacaq” deyəndə, haqlıdır. Çünki L.Yunus və onun əri A.Yunusun adları Azərbaycan tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info