Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır
Tarix: 21.10.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “İrəvan Azərbaycanın, İrəvan xanlığının, ondan əvvəlki tarixə baxsaq Səfəvilər dövlətinin ərazisi olub”

Ermənilərin həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox torpaqları işğal edilib. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın bir sıra əraziləri hələ də erməni işğalındadır və son işğal faktı kimi Dağlıq Qarabağ ərazilərini göstərmək olar.
Lakin bu gün tarixçi alimlərimiz faktlar əsasında işğal olunmuş torpaqlarımızın, nəinki Dağlıq Qarabağ, eləcə də Azərbaycan torpaqları olan İrəvanın geri qaytarılmasının vaxtı çatdığını bildirirlər. Tarixçilərin fikrincə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır. Azərbaycan Milli Şurasının İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır. Tarixçi alimlərimiz də İrəvanın geri qaytarılması fikrini dəstəkləyirlər. Tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı bildirdi ki, Batum müqaviləsi 4 iyun 1918-ci ildə bağlanıb və Milli Şura 1918 mayın 29-da güzəştə getdi, ermənilər də Dağlıq Qarabağa olan iddialarından əl çəkmək şərtilə İrəvan onlara verilmişdi: “Bu o zaman edilmişdi ki, Cümhuriyyət bir gün idi yaranmışdı və Gürcüstanda idilər, Batum müqaviləsindən sonra Gəncəyə gəldilər. İrəvan Azərbaycanın, İrəvan xanlığının, ondan əvvəlki tarixə baxsaq Səfəvilər dövlətinin ərazisi olub. Nadir şah Əfşarın dövründə Əfşarlar imperiyasının ərazisi olub. Xanlıqlara parçalanmada isə İrəvan xanlığının ərazisi olub. I-II Rus-İran müharibələrindən sonra ruslar Şimali Azərbaycanı ələ keçirdikləri üçün İrəvan xanlığı da işğal olunmuşdu. Türkmənçay müqaviləsindən sonra ermənilərin buraya köçürülməsi başlanmışdı. Onlar da əsasən İrəvan xanlığı, Dağlıq Qarabağ, Naxçıvan ərazisinə, Şirvan-Şamaxının bir neçə kəndinə köçürülmüşdülər. Sonradan isə 1917-ci ildə çar devrildi və müvəqqəti hökumət dövründə bir az boşluqlar yarandı, o zaman oktyabr çevrilişində bolşeviklər hakimiyyəti ələ almışdılar, həmin vaxt seçkilərdə deputat seçilmiş Azərbaycan, erməni, gürcü deputatların toplandığı Zaqafqaziya komissarlığı yaranmışdı. Sonralar bu Zaqafqaziya Seyminə çevrildi. İrəvanın ermənilərə güzəşt edilməsi daşnak ermənilərə deyil, sovet Rusiyasına xidmət edən ermənilərə deyil, sovet Rusiyasına qarşı olan ermənilərə verilmişdi. Bu da o məqsədlə edilmişdi ki, Azərbaycanı şimaldan təhlükə gözləyirdi. Cümhuriyyət rəhbərliyinin elə bir imkanı, ordusu, paytaxt yox idi. Belə bir güzəşt edilməsi o dövrdəki zərurətdən yaranmışdı. O məqsədlə ermənilərə İrəvanı güzəşt etmişdilər ki, sonradan sovet Rusiyasına qarşı mübarizədə Gürcüstan, Ermənistan, Azərbaycan Zaqafqaziya Seymində olduğu kimi vahid cəbhədə birgə mübarizə aparacaqlar”. İrəvanın qaytarılmasına gəldikdə isə M.Zülfüqarlının fikrincə, nəinki Dağlıq Qarabağı, gələcəkdə İrəvana olan iddialarımızı da ortaya qoya bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
“Azərbaycan diplomatik sahədə Ermənistana güclü zərbə endirdi”
18.02.2020
“Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur”
17.02.2020
Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17.02.2020
“Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi faktlar qarşısında aciz duruma düşdü”
16.02.2020
Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
2 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
3 Sarayın ləzzətləri: mutancana
4 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
5 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info