Bölgələrdə yeni obyektlərin açılışı olub
Tarix: 21.10.2014 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev ölkəmizin qərb bölgəsində səfərdə olub. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk olaraq Daşkəsəndə olublar. Prezident və xanımı Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub.
Prezident və xanımı Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında da iştirak ediblər. Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir. Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib. Müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Prezident səfər çərçivəsində Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışını da edib.

Naftalanda müasir otellər

Prezident və xanımı Mehriban Əliyeva daha sonra Naftalan şəhərinə səfər ediblər. İlk olaraq “Qarabağ SPA and Resort” otel kompleksinin açılışı olub. Məlumat verilib ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.
Prezident və xanımı “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə də tanış oldular.
Bölgə üçün mühüm əhəmiyyət “Goranboy” paylayıcı elektrik məntəqəsi Prezident Goranboyda da bir sıra obyektlərin açılışını edib. Dövlət başçısı əvvəlcə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. “Goranboy” paylayıcı elektrik məntəqəsinin də açılışı olub. Azərbaycan Prezidenti bölgə üçün mühüm əhəmiyyət kəsb edən 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsini işə salıb. Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun da açılışı olub. Prezident və xanımı Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər. Prezident Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Gəncədə vaqon istehsalı zavodunun
təməli qoyulub

Prezident və xanımı daha sonra Gəncəyə səfər ediblər. Dövlət başçısı Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı və xanımı beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olublar. Bildirildi ki, 200 kvadratmetr ərazini əhatə edən qurbangahda da işlər tamamlanır. Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir işləri başa çatır. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısına və xanımına ziyarətgahın digər sahələrində, həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxanada hazırda davam etdirilən işlər barədə məlumat verilib. Prezident və xanımının iştirakı ilə Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq. Bildirilib ki, zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub. Prezident və xanımı Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində də iştirak ediblər. Dövlət başçısının sərəncamı ilə teatrın yeni binasının tikintisinə ilkin mərhələdə 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək. Daha sonra Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq olub. Məlumat verilib ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Prezident və xanımı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının, 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər. Prezident və xanımı Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində də olublar. Dövlət başçısı və xanımı burada sakinlərlə söhbət ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir
21.10.2019
Silahlı ermənilər atəşkəsi 22 dəfə pozub
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info