“Düşmənin dövlət sirri sayılan informasiyaları əldə edə bilməsinin qarşısı alınacaq”
Tarix: 21.10.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Elməddin Behbud: “İnformasiya azadlığının bütün komponentlərini bu gün Azərbaycan cəmiyyətində görmək mümkündür”
Azərbaycan müharibə şəraitindədir, deyə cəbhə bölgəsində hər an gərginlik ola bilər. Belə vəziyyətlərdə jurnalistlərin qeyri-peşəkarlıq göstərib əhali arasında hər hansı narahatçılıq yaratması yolverilməzdir. Bu kimi halların qarşısını almaq üçün Prezident İlham Əliyev 24 sentyabr 2014-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalayıb.
Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud qəzetimizə bildirdi ki, bu sərəncam müharibə vəziyyətində olan ölkəmizin milli təhlükəsizlik maraqlarına və ön cəbhədəki vəziyyətin tələblərinə uyğun atılan çevik və çox vacib addımdır: “Bu gün Azərbaycan mediası azad şəkildə fəlaiyyət göstərir, cəmiyyətimizdə plüralizm bərqərar olunub. Vətəndaşlarımız ənənəvi kütləvi informasiya vasitələri ilə yanaşı internet resurslarından, sosial mediadan da heç bir məhdudiyyət olmadan istifadə edirlər. İnformasiya azadlığının bütün komponentlərini bu gün Azərbaycan cəmiyyətində görmək mümkündür. Ancaq təbii ki, bütün bunlar jurnalisti heç də vətəndaş məsuliyyətindən azad etmir”.
E.Behbud dedi ki, müharibə vəziyyətində olan ölkə kimi bu məsələlər daim diqqətdə saxlanılmalıdır: “Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına isə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi haqqında izahat işinin təşkil edilməsi kimi məsələlərin vurğulanması xüsusi ilə diqqəti çəkir. İnanıram ki, sərəncamdan irəli gələn məsələlərin icrası düşmənin hər hansı formada dövlət sirri sayılan informasiyaları əldə edə bilməsinin qarşısının alınmasında mühüm rol oynayacaq”.
F.Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info