Davudoğlu nə zaman istefa verə biləcəyini açıqladı
Tarix: 21.10.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Türkiyənin Baş naziri Əhməd Davudoğlu istefa verməyə hazır olduğunu açıqlayıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə hakimiyyətinin kürdlərə qarşı nifrət və kin bəslədiyi sübut olunarsa, o öz vəzifəsindən getməyə hazırdır: “Hakimiyyətdə olan digər vəzifə sahiblərinin belə kürdlərə qarşı kin və nifrət bəslədiyi sübut olunsa, onları vəzifədən azad etməyə hazırıq”.
Məlumat üçün bildirək ki, Türkiyə hakimiyyəti Suriyanın kürdlər yaşayan Kobani şəhərinin “İŞİD” terrorçularında müdafiə etmək üçün hərbi texnikadan istifadə etməyəcəyini açıqladıqdan sonra, bəzi siyasi partiyalar ölkə rəhbərliyini kürdlərə qarşı kin və nifrət siyasəti yürütməkdə ittiham ediblər.
Suriyanın Kobani şəhəri artıq bir neçə vaxtdır ki “İŞİD” yaraqlılarının nəzarəti altındadır.
Dünən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.
Onun sözlərinə görə, Türkiyə Suriyanın Kobani şəhərinin "İŞİD" qruplaşmasının nəzarəti altına keçməsini istəmir.
M.Çavuşoğlu qeyd edib ki, hazırda Kobanidə "İŞİD" yaraqlılarına qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup var.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info