“Gəncliyin Qlobal Səsi” adlı beynəlxalq layihə həyata keçirilir
Tarix: 21.10.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi Avropa Komisiyasının və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 17-25 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində “Gəncliyin Qlobal Səsi” adlı beynəlxalq layihə həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanda könüllülük proqramının inkişaf etdirilməsi, təlimdə iştirak edən partnyor təşkilatlar arasında əməkdaşlığın daha da artırılması, Azərbaycanın nümunəvi tolerant bir ölkə olmasını təblğ etmək və gənclərimizin fəal vətəndaş olaraq cəmiyyətin inkişafında mühüm rol oynamalarıdır. Layihədə 6 ölkədən (Azərbaycan, Türkiyə, İsapniya, İtaliya, Gürcüstan və Moldova) 24 nəfər gənc və bundan əlavə Serbiya və Sloveniyadan 2 təlimçi iştirak edir.
Beynəlxalq Mətbuat Mərkəzində layihənin açılış mərasimi olub. Açılış mərasiminə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçi Ramil Məmmədov və digər rəsmilər iştirak ediblər.
Tədbirdə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyinin sədri Anar Süleymanov çıxış edərək layihə haqda danışıb: “Layihənin proqramına iştirakçılara Azərbaycan haqqında dolğun məlumat vermək, Qarabağ həqiqətlərini bir daha iştirakçıların nəzərinə çatdırmaq planlaşdırılıb. İştirakçı seçimində xüsusi olaraq Azərbaycanda olmayan iştirakçılara üstünlük verilib”.
A.Süleymanov bildirib ki, Avropa Könüllülük Proqramı Avropa komissiyasının proqramları arasında ən mühüm yerlərdən birini tutur: “Azərbaycanda bu proqramı daha da inkişaf etdirmək və mövcud beynəlxalq əlaqələrimizdən istifadə edərək onların Avropa ölkələrində bu proqrama qatılmalarını təşkil etmək əsas hədəflərimizdəndir. Nəzərinizə çatdırım ki, təşkilatımız Avropa Komissiyasının 3-cü raund Qrant proqramının qalibi olub”.
Tədbirdə digərləri də çıxış edərək Layihənin Azərbaycanın beynəlxalq imicinin formalaşdırılmasında əhəmiyyətli rolu olduğunu bildiriblər.

Fuad





 
Bölməyə aid digər xəbərlər
18.07.2019
DMX tərəfindən I yarımildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib
18.07.2019
“From Kurils with love”: “Kaspersky Lab” ekoloq və sənədli film çəkənlərin Kuril adalarına ekspedisiyasını dəstəkləyir
18.07.2019
“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər
18.07.2019
Ermənistan Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb
18.07.2019
Azərbaycanda aqro ekoturizm genişləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info