“Ədəbi proses – 2013: ənənənin bərpası və yeni mərhələ”
Tarix: 21.10.2014 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Nizami adına Ədəbiyyat İnstitutunda bu il aprelin 2-də keçirilmiş “Ədəbi proses - 2013” yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. Belə ki, əsası Nizami adına Ədəbiyyat İnstitutunda qoyulmuş “Ədəbi proses” formatında yaradıcılıq müşavirəsi sonuncu dəfə 30 il qabaq, 1984-cü ildə keçirilib və tədbirin materialları bir il sonra nəşr olunub. “Ədəbi proses – 2013” Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil edib. O da xüsusi qeyd olunmalıdır ki, müşavirənin materialları Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa təqdim edilərək tez bir zamanda toplu halında çap olunub. Toplunun “Ədəbi proses – 2013: ənənənin bərpası və yeni mərhələ” adlı ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində baş verən proses və dəyişmələr, bu istiqamətdə aparılmış geniş və elmi-nəzəri mahiyyət daşıyan məruzələr öz əksini tapıb. Topluya ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, Nərgiz Cabbarlının “2013-cü ilin şeiri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın “İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)”, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın “Bədii nəsr”, fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin “Tənqid və müasir ədəbi proses”, filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanovanın “Bədii tərcümə”, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun “Dramaturgiya”, filologiya üzrə fəlsəfə doktoru Elçin Mehrəliyevin “Bədii publisistika”, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) “Cənubi Azərbaycanda ədəbi mühit” mövzulzrında məruzələri daxil edilib.
“Hədəf nəşrləri”ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info