R. Hüseynzadə: “ARDNŞ yaşıl enerjiyə olduqca böyük önəm verir”
Tarix: 21.10.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“Enerji təhlükəsizliyi qlobal problemə çevrilib və bəşəriyyətin əsas problemi olub”. Bunu Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” konfransında Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, enerji resurslarının qorunması, qənaətlə istifadə edilməsi və artırılması bu günün problemi deyil. G. Məmmədova bildirib ki, yer üzündə enerji problemləri yarandıqca, enerji təminatı problemləri yarandıqca, bütün dünyada yaşıl iqtisadiyyatın inkişafına ehtiyac yaranır: “Alternativ və bərpa olunan enerjinin tələbatına ehtiyac yaranır. İnsanların ekologiyaya zərər vurmadan və ya az zərər vurmaqla ekoloji təmiz enerjinin əldə olunmasına ehtiyac yaranır”.
Millət vəkili bildirib ki, artıq 10 ilə yaxındır ki, onun rəhbərlik etdiyi ali məktəbdə bu sahənin mütəxəssisləri və kadrları hazırlanır: “Universitetimiz ekologiya mühəndisləri hazırlanır və düşünürük ki, məhz bu kadrların hesabına ətraf mühitə vurulan ziyanı azaltmaqla təmiz ekoloji enerjini, effektiv yaşıl enerjinin əldə olunmasına və gələcək nəsillərə ötürülməsinə nail olunacaq”.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova isə bildirib ki, 2006-cı ildən bu günə qədər Azərbaycanda 1400 hektar neftlə çirklənmiş torpaq sahəsi təmizlənib.
Onun sözlərinə görə, bu torpaq sahələrində 500 mindən artıq ağac əkilib: “Baxmayaraq ki, yaşıllaşdırma neft sahəsində ən sonuncu atılan addımdır, biz bu müddət ərzində yarım milyona yaxın ağac əkmişik”.
R. Hüseynzadə qeyd edib ki, ARDNŞ yaşıl enerjiyə olduqca böyük önəm verir.
Vitse-prezident qonaqlara TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib və bildirib ki, bu layihələrin də həyata keçirilməsi zamanı ətraf mühitinin qorunması və yaşıl iqtisadiyyata böyük üstünlük veriləcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info