Elmin İnkişafı Fondu II Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan edib
Tarix: 21.10.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu birgə elmi-tədqiqat layihələrinin və proqramlarının maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə II Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan edib. Bu müsabiqə üçün Elmin İnkişaf Fondu 500 min manat ayırır. Müsabiqədə bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş fundamental-tətbiqi xarakterli beynəlxalq layihələr maliyyələşdiriləcək. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 27-dən dekabrın 27-də saat 17:00-a qədər aparılacaq. Sənəd qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Fond tərəfindən qrantların verilməsi üzrə ikinci birgə beynəlxalq müsabiqənin nəticələri 2015-ci ilin 2-ci rübündə açıqlanacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info