Gələn il müəllimlər üçün təlimlər təşkil olunacaq
Tarix: 21.10.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


2015/2016 tədris ilində ibtidai siniflərdə və V-VIII sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlər təşkil olunacaq.
Təhsil Nazirliyinin məlumatına görə, təlimlər ölkənin müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcək. Xidmətlərin icra müddəti gələn ilin iyun-dekabr aylarını əhatə edəcək. Nazirlik təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları əməkdaşlığa dəvət edir. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədi ilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilər. Qeyd edək ki, Azərbaycan hökuməti təhsil sektorunun inkişafı üzrə ikinci layihənin (bundan sonra TSİİL) icrası ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
TSİİL-in ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhfəsi olub. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info