Bakıda I Azərbaycan-Belarus beynəlxalq konfransı keçirilir
Tarix: 21.10.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə I Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başlayıb.
Konfransın məqsədinin I Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr vermək olduğu bildirilib.
Fondun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, beynəlxalq konfrans iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir: "Belə tədbirlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulur. Müxtəlif elm sahələrini əhatə etmək, qarşıya məqsəd qoyulduğundan konfransa konkret yox, ümumi ad verilib. Oxşar konfranslar razılıq əsasında Belarusda da baş tuta bilər”.
E. Babayev onu da əlavə edib ki, 2009-cu ildə yaradılan fond beynəlxalq əlaqələri daima genişləndirib, müsabiqələrin formatını zənginləşdirib: "Fondun fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. İlin sonuna kimi Fond ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqə elan etməyi planlaşdırılır".
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti AKif Əlizadə Azərbaycanla Belarus arasında olan münasibətlərdən danışıb. AMEA prezidenti bildirib ki, hər iki ölkənin alimləri birlikdə əməkdaşlıq etməli və öz təcrübələrini bölüşməlidirlər.
Dövlətin elmə göstərdiyi diqqətin getdikcə artdığını deyən A. Əlizadə qeyd edib ki, alimlər də bu diqqətə cavab olaraq, öz əməklərini səfərbər etməli və buna adekvat cavab verməlidirlər: "Elmin İnkişafı Fondu artıq 5 ildir fəaliyyət göstərir. Bu Fond fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi Azərbaycanda elmin inkişafında ciddi nəticələrə nail olunub”.
Daha sonra Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da çıxış ediblər.
Qeyd edək ki, konfransdan əvvəl elmi-tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, İKT avadanlığı və sairə ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi təşkil olunub. Eyni zamanda bu məsələyə həsr olunmuş xüsusi sessiya da keçirilib. Həmçinin ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi rəsmi olaraq elan edilib
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info