Neft Tullantılarını İdarəetmə Mərkəzi 2015-ci ildə istismara veriləcək
Tarix: 21.10.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Bir il ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müasir Neft Tullantılarının Utilizasiyası və İdarəetmə Mərkəzinin yaradılması prosesini başa çatdıracaq. Bu barədə "Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit" beynəlxalq konfransında ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib. Onun sözlərinə görə, Bakının Qaradağ rayonunda yerləşəcək mərkəzin tikintisi Britaniyanın BP şirkəti ilə birgə aparılır: "Mərkəzin tikintisi bu ilin yayında başlayıb və işlərin il ərzində başa çatdırılması planlaşdırılır". R.Hüseynzadə deyib ki, mərkəz ən müasir avadanlıqlarla təchiz ediləcək. Offşor, eləcə də onşor yataqlardakı neft və qazma şlamı, lay suları, eləcə də neft-qaz sənayesi müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların başqa növləri utilizasiya ediləcək. Dünya standartlarına uyğun mərkəzin yaradılması zərurəti 1985-ci ildən mövcud olan tullantı anbarının artıq bu məqsədlər üçün yaramaması ilə əlaqədar yaranıb. Neft Tullantılarının Utilizasiyası və İdarəetmə Mərkəzinin tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılması üçün ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycana 572,068 min dollar məbləğində qrant verib. Layihənin ilkin dəyəri 60 milyon manatdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info