“Mən özümü Azərbaycan xalqına daha yaxın hiss etdim”
Tarix: 21.10.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun bəşəriyyəti narahat edən əsas problemlərə həsr olunması təqdirəlayiqdir. Forumda müzakirə edilən ictimai ədalət, sülh, ətraf mühitin qorunması, yoxsulluqla mübarizə, mədəniyyətlərarası dialoq və s. aktual məsələlər bütün insanları düşündürür.
Bu fikirləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş İran İslam Respublikasının Qərbi Azərbaycan Valiliyinin siyasi və seçkilər idarəsinin baş direktor müavini Abbas Ramazani deyib.
A.Ramazani forumda tanınmış ictimai-siyasi xadimlərin, Nobel mükafatı laureatlarının iştirakının onda çox xoş təəssüratlar yaratdığını bildirib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışındakı nitqində hamını düşündürən bir çox vacib məqamlara diqqət yetirməsinin, dövlət başçısının Azərbaycanın zəngin mədəniyyətindən, qədim tarixindən danışmasının yüksək qiymətə və alqışa layiq olduğunu söyləyib. Qeyd edib ki, forumda mədəniyyətlərarası dialoqun təşviqi, İslamı və xristianlığı qarşı-qarşıya gətirən sivilizasiyaların toqquşması nəzəriyyəsinin tənqidi önəmli amil idi.
Azərbaycan haqqında təəssüratlarını bölüşən A. Ramazani deyib: “Mən əvvəllər də Bakıda olmuşam. Ötən illərlə müqayisədə bu şəhərdə xeyli müsbət dəyişikliklər baş verib. Çoxlu yollar, binalar və körpülər inşa edilib. Bizim yerləşdiyimiz yeni inşa edilmiş “Fairmont” otelinin yuxarı mərtəbələrindən Bakı şəhərinə çox gözəl mənzərə açılırdı. Forumun keçirildiyi Heydər Əliyev Mərkəzi isə Bakının ən gözəl yerlərindən biri sayılır və memarlıq abidəsi dəyərlərinə malikdir. Bu gözəllik sadəcə mənim deyil, bütün iştirakçıların diqqətini cəlb etdi və bəzi iştirakçılar öz çıxışlarında da bu məsələyə diqqət yetirdilər. Bakıda birinci Avropa Oyunlarının keçirilməsi məqsədilə inşa edilən yeni stadion və onun yaxınlığında idmançıların yerləşməsi üçün tikilən binalar da şəhərə xüsusi gözəllik verəcək”.
Azərbaycanın yalnız paytaxtının deyil, regionlarının da inkişafını qeyd edən A.Ramazani bildirib ki, qədim Qəbələ şəhəri füsunkar təbiətə malikdir. İnsanların qonaqpərvərliyi isə hər yerdə hiss edilirdi.
“Mən özümü Azərbaycan xalqına daha yaxın hiss etdim. Azərbaycan dövlətinə bu möhtəşəm tədbirin təşkilinə görə təşəkkürümü bildirirəm”, - deyə A.Ramazani əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info