Lənkəranda yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib
Tarix: 21.10.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Lənkəranda “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirib. Tədbiri FHN DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Firdovsi Hacıyev açaraq, payız-qış mövsümünün başlanması ilə əlaqədar FHN-in keçirdiyi qabaqlayıcı tədbirlərdən danışıb, maarifləndirici tədbirlərə geniş yer veririlməsinin zəruriliyini qeyd edib. Seminar-müşavirədə FHN DYNX-nin təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin «Yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumların vəzifələri» mövzusunda məruzəsi dinlənilib. Məruzədə «Yanğın təhlükəsizliyi haqqında» qanunda, Azərbaycan prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanıb, bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı İdarələrinin üzərinə düşən vəzifələrdən söhbət açılıb. Məruzədə 1 oktyabr 2013-cü ildən 2014-cü ilin iyuluna qədər ölkə üzrə 399 dəm qazından zəhərlənmə hadisəsinin qeydə alındığı, bu hadisələr nəticəsində 90 nəfərin öldüyü və 356 nəfərin müxtəlif dərəcədə bədən xəsarəti aldığı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, bu rəqəmlər hamını narahat etməli, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələ kimi diqqət mərkəzində olmalıdır. Müşavirədə çıxış edən FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov, Lənkəran rayon İcra Hakimiyyətinin hüquq sektorunun müdiri Fuad Əhədov maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyini qeyd edib, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Seminar-müşavirədə maarifləndirici tədbirlərə geniş yer verilib, «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilmiş, «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilib. Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün DYNXtərəfindən nəşr etdirilmiş Yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi
26.02.2020
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info