“Azərbaycan şəhərciyi” haqqında məqalə Fransa mətbuatında
Tarix: 21.10.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Fransanın “C4N“ saytında sentyabrın 19-dan 28-dək Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında təşkil edilmiş “Azərbaycan şəhərciyi”ndən bəhs edən “Azərbaycan şəhərciyi sərgisi və yaxud Parisdə onu necə duymaq olar?” sərlövhəli məqalə yerləşdirilib.
Heydər Əliyev Fondundan verilən məlumata görə, son illər Azərbaycan-Fransa əməkdaşlığının inkişaf etdiyinə toxunulan məqalədə Parisdə təşkil olunan şəhərciyin nəinki paytaxt sakinlərinin, habelə şəhərin qonaqlarının ölkəmizin zəngin mədəniyyəti və ənənələri ilə yaxından tanış olmalarına imkan verdiyi, böyük maraq yaratdığı diqqətə çatdırılıb.
Məqalədə Azərbaycan günləri ətrafında yaranan qələbəliyin meydandakı nəhəng fontanın varlığını belə unutdurduğu qeyd olunub.
Odlar Yurdu kimi məşhurlaşan Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında daha qədim tarixə və mədəni irsə malik olduğu, həyat tərzini və ənənələrini tanıtmaq istiqamətində dünyanın bir çox yerlərində çoxlu sayda mədəni tədbirlər keçirdiyi xüsusi vurğulanıb.
Yazıda Şərq elementləri ilə Qərb dəyərlərini özündə cəmləşdirən və iki qitə arasında körpü rolu oynayan Azərbaycanın uzun illər Rusiya imperiyası, sonralar isə SSRİ tərəfindən işğal edilməsinə baxmayaraq, qədim adət-ənənələrini qoruyub saxlamasından, ipək və yundan müxtəlif məhsulları, o cümlədən yüksək keyfiyyətli xalçaları ilə dünyada məşhur olmasından bəhs olunub.
Fransanın 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan ilə ticarət və diplomatiya sahəsində sıx əməkdaşlıq qurduğu vurğulanan məqalədə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin Fransa və Azərbaycan xalqları arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Məqalədə Sen-Sülpis meydanında “Azərbaycanın mədəni dəyərləri: Qafqazın mirvarisi” adlı şəhərcikdə XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı guşənin parislilər və qonaqlar arasında böyük maraq doğurduğu, ölkəmizin tarixi və mədəniyyəti barədə dolğun və aydın məlumat verdiyi qeyd olunub.

Azərbaycan incəsənət ustalarının biri-birindən maraqlı çıxışlarından, milli rəqslərimizin mahir ifaçılığından, caz musiqisinin oyatdığı xoş əhval-ruhiyyədən bəhs olunan məqalədə milli mətbəximizin nümunələrinin zənginliyinin doğurduğu təəssürat xüsusi vurğulanıb.
Məqalədə şəhərcikdə nümayiş etdirilən misgərlik məmulatları və haşiyələr, rəsm əsərləri, çaylar və müxtəlif növ şərablar, şirniyyatlar, Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və broşürlər barədə məlumatlar da yer alıb.
Sonda Heydər Əliyev Fondunun Azərbaycanın mədəni dəyərlərini fransızlara tanıtmaq istiqamətində keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info