Azərbaycanla Qətər arasında əməkdaşlığa dair saziş imzalanıb
Tarix: 21.10.2014 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətərdə səfərdədir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Qətər Dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində (“Milipol Qətər – 2014”) iştirak etmək məqsədilə baş tutub.
Səfərin əsas məqsədi nazirliklərin maddi-texniki bazasının müasir avadanlıqlarla təchiz olunması üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirmək, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra görüşlər keçirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.
Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərov və Ramil Usubovu qəbul edib. Qəbulda “Milipol Qətər – 2014” sərgisinin əhəmiyyəti barədə danışılıb, uyğun nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilib.
Bundan başqa, K. Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşüb. Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Daxili Təhlükəsizlik Qüvvələrinin rəhbəri Fahad Rəşid Əl Əli imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info