Azərbaycan və İran qadınlarının dostluq cəmiyyəti yaradıla bilər
Tarix: 21.10.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


"İran və Azərbaycan qadınlarının dostluq cəmiyyətinin yaradılması və hər iki ölkədə qarşılıqlı dostluq həftələrinin təşkili kimi məsələləri iki ölkə arasında imzalanacaq saziş layihəsində təklif etmişik və sabah azərbaycanlı həmkarlarımızla müzakirə edəcəyik". Bunu çərşənbə axşamı Azərbaycanada səfərdə olan İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Şahindoxt Movlaverdi deyib.
Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən Ş.Movlaverdi bildirib ki, oktyabrın 22-də Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşəcək: "Görüşdə İran və Azərbaycan arasında əlaqələri inkişafı üzrə saziş layihəsi haqqında müzakirələr aparacağıq".
Onun sözlərinə görə, Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanacaq əməkdaşlıq sazişində, əsasən, Azərbaycan və İran qadınlarından ibarət idmançıların, universitet tələbələrinin, sahibkarların, ticarətçilər və QHT-lərin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi məsələlər də yer alıb: "Bundan başqa, qadınların iş fəaliyyətini özündə əks etdirən bütün sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması haqqında da müzakirələrimiz olacaq".
Ş.Movlaverdi İran və Azərabycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Bir il ərzində Azərbaycan tərəfi ilə bir neçə dəfə görüşümüz olub. Hicran Hüseynova ilə Nyu York və Parisdə iki dəfə görüşmüş, əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparmışıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info