“Bloomberg”: “Çin iqtisadi artım üçün əhalini böyük şəhərlərə köçürür”
Tarix: 21.10.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“Bu ölkənin böyük şəhərlərində modernləşmə və ixtisaslaşma gedir”

"Bloomberg" Çinin öz iqtisadi artımını və ümum daxili məhsulunu (ÜDM) artırmaq üçün əhalini böyük şəhərlərə köçürmək strategiyasından yazıb. Yazıda bildirilir: “Çinin sonrakı artımı üçün yeni vəsait tələb olunur – ekoloji problemlərdən boğulan meqapolislərə - Pekin, Şanxay, Quançjou və Çençjana daha çox əhali yerləşdirmək. Bu, fəlakətə birbaşa yol kimi görünə bilər. Çünki bu şəhərlərin genişlənmək və tamamlanmaq arzuları yoxdur. Bu isə böyük problemlər doğura bilər.
Dünya Bankının Çindəki bölməsinin direktoru Yukon Huanqın fikrincə, məhz buna görə böyük şəhərlərdə modernləşmə və ixtisaslaşma gedir. Bunlar isə istehlakçıları yaxınlaşmağa və iqtisadi baxımdan səmərəli ictimai nəqliyyatı inkişaf etdirməyə imkan verəcək. Onun fikrincə, Çinin rəhbərliyi tərəfindən yeddi ay öncə irəli sürülmüş urbanizasiya planı kənd yerlərindən kiçik şəhərlərə əhalinin köçürülməsini nəzərdə tutur və bu, 2020-ci ilə qədər baş tutmalıdır. ÜDM-də azalmanın qarşısını almaq üçün bu plan həyata keçirilir. Huanq bildirib ki, Çində böyük şəhərlər həqiqətən də azdır: “Əgər bu onilliyin sonuna qədər Çin ÜDM-də 7 faizlik artıma nail olmaq istəyirsə, onda ona iqtisadi artım üçün daha 1-1,5 faizlik göstərici lazımdır”.
Şanxaylı iqtisadçı Endi Xie bildirib ki, Çinin böyük şəhərlərinin inkişafı strategiyası sayəsində ÜDM on ildən sonra 2 trilyon dollar həcmində artırıla bilər – Bu isə Hindistanın 2013-cü il üçün ÜDM-indən artıqdır. O hesab edir ki, Çin ABŞ əhalisindən dörd dəfə çox olan əhaliyə malikdir, bununla bərabər, bu ölkələrin əraziləri praktiki olaraq müqayisə edilə bilər – Çinin şəhərləri isə böyük və əhalisi sıx olmalıdır. Ekspertin fikrincə, bu ideyanı reallaşdırmaq üçün böyük şəhərləri “eninə” yox, “yuxarıya doğru” inkişaf etdirmək lazımdır - Buna misal olaraq, ekspert, 37 milyonluq əhalisi olan Tokionu göstərir.
O qeyd edir: “Əgər Çində sıx əhalisi olan şəhərlərə diqqət yetirilməsə, onda ekoloji fəlakət baş verə bilər. Düzgün seçilməmiş urbanizasiya modeli nəinki ölkəni illərlə geri ata bilər, bu, həm də onun iqtisadi artımını həmişəlik dayandıra bilər”.
Qeyd edək ki, Pekin və Şanxayın əhalisi artıq 20 milyon nəfər təşkil edir, Quançjou və Şençjendə isə əhali 10 milyon nəfərdən artıqdır.
Bununla bərabər,Çində əhalinin sayı 1,4milyon nəfər təşkil edir. Ona görə də Çinin şəhərlərində əhalinin sıxlığı dünya standartlarına görə aşağıdır. ABŞ-da 10 böyük şəhər ÜDM-nin 38 faizini verir, bu isə Çindəki müvafiq çəkiyə nisbətən iki dəfə artıq göstəricidir.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info