“Yeni sistem işçilərin əmək və gələcək sosial təminatı üçün hüquqi əsasın yaranmasına səbəb olub”
Tarix: 21.10.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


İdris İsayev: “1 milyon 424 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib”

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev arasında görüş olub. Görüşü giriş sözü ilə açan Klubun icraçı direktoru Telman Əliyev Klubun gördüyü işlər, fəaliyyət prinsipləri barədə qısa məlumat verib, dövlət və özəl qurumlar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin Klubun əsas məqsədlərindən olduğunu vurğulayıb.
İ.İsayev əmək və sosial müdafiə sistemində aparılan islahatlar barədə klub üzvlərini məlumatlandırıb, bu islahatların əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinə və keyfiyyətinin yüksəlməsinə, şəffaflığın təminatına yönəldiyini vurğulayıb: “İdarəçilik sisteminin, habelə əhaliyə xidmətin müasir prinsiplər əsasında təşkili məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əsas prioritetlərindən biridir. Bu sahədə aparılan işlər uğurlu nəticələr verir. Belə ki, "Elektron hökumət" portalının statistikasına əsasən, nazirlik tərəfindən əhaliyə göstərilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” və “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətləri ən çox istifadə olunan elektron xidmətlərdir: “Bu elektron xidmətlərdən istifadə edənlərin sayının çoxluğu əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan islahat tədbirində işəgötürənlərin və işləyən əhalinin fəal iştirakını göstərir”.
Nazir müavini bildirib ki, həmin xidmətlərin tətbiqinin hüquqi əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklərdən irəli gəlib. Dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-nin elektron informasiya sistemində (EİS) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin EİS-ə daxil edilən elektron sənəddir. Əmək müqaviləsi müvafiq bildiriş formasında sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir: “2014-cü ilin 20 oktyabr tarixinə olan məlumata əsasən, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə EİS-ə 1 424 160 əmək müqaviləsi bildirişi daxil edilib. Onların 87,4%-i və ya 1 245 267 ədədi əmək müqaviləsinin bağlanması, 8,6%-i və ya 122 024 ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 45%-i və ya 56 869 ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir. Daxil edilmiş bildirişlərin 98,7% elektron imza ilə təsdiq edilib”.
İ.İsayev EİS-də qeyd olunan tarixə aktiv olan bildirişlərin sayının 1 164 552 ədəd təşkil etdiyini, onların 93,8%-nin hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə olduğunu diqqətə çatdırıb: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə sistemdə 72 481 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,2%-ini təşkil edir. Qeyd olunan tarixə 46 659 işəgötürən bildirişlərin EİS-ə daxil edilməsi üçün qeydiyyata düşmüşdür ki, bunun da 45,4% hüquqi şəxs statusunda olan işəgötürənlər, 54,6% isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda olan işəgötürənlərdir”. Nazir müavini vurğulayıb ki, aparılan təhlillərə əsasən, təxminən 350 mindən artıq əmək müqaviləsi bildirişlərinin bundan sonra sistemə daxil ediləcəyi gözlənilir.
İ.İsayev yeni yaradılan bu sistemin önəmli cəhətləri barədə məlumat verərək, onun ilk növbədə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin əmək və gələcək sosial təminatı üçün hüquqi əsasın yaranmasına, əmək bazarı haqqında dolğun məlumat bazasının formalaşmasına səbəb olduğunu bildirib.
Daha sonra nazir müavini Klub üzvlərinin ayrı-ayrı suallarını cavablandırıb.

İlkin















 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info