“Bakı Forumu ölkələr arasında sıx əlaqələr yaratmaq üçün gözəl imkandır”
Tarix: 22.10.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Azərbaycan perspektivli, böyük ümidlər verən dövlətdir və heç
şübhəsiz, yaxın illərdə “iqtisadi pələnglərdən” birinə çevriləcək”

“Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu əyani şəkildə göstərdi ki, Azərbaycanın insan hüquqları sahəsində böyük tarixi təcrübəsi, yüksək beynəlxalq statusu və böyük beynəlxalq nüfuzu var.
Bu faktı dünyanın aparıcı ölkələrinin görkəmli nümayəndələrinin - müxtəlif sahələr üzrə ekspertlərin, siyasətçilərin, Nobel mükafatı laureatlarının və dünya şöhrətli alimlərin şəxsində iştirakçı ölkələrin sayı təsdiq edir”. Bu sözləri Misir Ərəb Respublikası nümayəndə heyətinin tərkibində Forumda iştirak edən, Misirin ən böyük media korporasiyalarından birinin rəhbəri, “Əl-Cümhuriyyə” nəşriyyat və yayım evinin başçısı Cala Caballa söyləyib. Misir media maqnatı bildirib: “Yüksək səviyyədə təşkil olunan belə mötəbər Forumun keçirilməsi, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi və onun çıxışı dövlətin birinci şəxsinin humanitar məsələlərə göstərdiyi diqqətin parlaq təsdiqi, habelə beynəlxalq sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfədir. Bununla bərabər, Bakı Beynəlxalq Humanitar Forumu sadəcə dialoq aparmaq, dünya miqyaslı humanitar məsələləri müzakirə etmək üçün məkan deyil. O, həm də ölkələr arasında daha sıx əlaqələr yaratmaq üçün gözəl imkandır. Forumda beynəlxalq əməkdaşlıq sahəsində irəliləyişə nail olmağa nadir imkan yaradılır. Korporasiyamız ilə Azərbaycanın əsas milli agentliyi olan AzərTAc arasında uğurlu əməkdaşlığın qurulması faktı bunu əyani şəkildə təsdiq edir. Bu əməkdaşlığı daha irimiqyaslı qarşılıqlı fəaliyyətə doğru atılan ilk addım kimi qiymətləndirmək olar. Azərbaycan ilə Misir arasında əməkdaşlığın bir sıra digər istiqamətlərində, o cümlədən Süveyş kanalının inkişafı və digər layihələrlə bağlı da belə addımlar atıla bilər”.
C.Caballa xüsusi vurğulayıb ki, bu forumun hər il keçirilməsi faktının özü Azərbaycan rəhbərliyinin ona necə böyük əhəmiyyət verdiyini, ölkənin beynəlxalq əlaqələri genişləndirməkdə, iştirakçı ölkələrin isə Azərbaycan ilə daha sıx əlaqələr yaratmaqda maraqlı olduğunu göstərir. O deyib: “Heç şübhəsiz, bütün bunlar beynəlxalq sülhə və həmrəyliyə xidmət edir”. Azərbaycanın siyasi və iqtisadi uğurlarını yüksək qiymətləndirdiyini vurğulayan media korporasiyanın rəhbəri bildirib: “Bu, ölkənizə ilk səfərim idi. Məndə belə təəssürat yarandı ki, Azərbaycan perspektivli, böyük ümidlər verən dövlətdir və heç şübhəsiz, yaxın illərdə “iqtisadi pələnglərdən” birinə çevriləcək. Azərbaycanın bütün sahələrdə sürətli yüksəlişini müşahidə edərək belə qənaətə gəlmək olar. Ölkədə baş verən böyük tərəqqini şəxsən gördüm: burada əsl tikinti bumu və bütün istiqamətlərdə inkişaf baş verir. Prezident İlham Əliyev dövlətin inkişafına, iqtisadiyyatının möhkəmlənməsinə və beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Türkiyə və Yunanıstan ərazilərindən Avropaya çəkiləcək qaz kəmərinin tikintisi layihəsini və ilk növbədə Azərbaycan vətəndaşlarının maraqlarının təmin olunmasına yönələn digər irimiqyaslı beynəlxalq layihələri xatırlamaq kifayətdir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info