Belarus Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirir
Tarix: 22.10.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Azərbaycan və Belarus arasında birgə kombayn istehsalının təşkili üzrə danışıqlar aparılır. Bunu Belarusun Azərbaycandakı səfirliyinin ticari-iqtisadi və investisiya məsələləri üzrə müşaviri Leonid Lavrov deyib.
Onun sözlərinə görə, bu ilin yayında birgə taxıl və yem yığımı kombaynlarının istehsalı üzrə layihənin hazırlanmasına başlanılıb: "Hazırda layihə yalnız ilkin mərhələdədir və məsələnin iqtisadi və hüquqi tərəfləri işlənilir".
L.Lavrov qeyd edib ki, iki ölkə arasında birgə müəssisələrin yaradılmasına dair razılaşma mövcuddur: "Həmişə hər hansı qarşılıqlı təkliflər var və hazırda Azərbaycan müəssisəsinin bazasında qoşqu kənd təsərrüfatı avadanlığının birgə istehsalının təşkili də işlənib hazırlanır. Bu layihə üzrə danışıqlar artıq çoxdan aparılır, Belarus tərəfi təkliflərini verib və biz azərbaycanlı həmkarlarımızın qərarını gözləyirik".
Müşavir əlavə edib ki, iki ölkə arasında qarşılıqlı investisiyaların səviyyəsi də artır: "Hazırda Belarusda Azərbaycanın təqribən 13 milyon dollar həcmində birbaşa sərmayələrinin iştirakı ilə investisiya layihələri reallaşdırılır. Azərbaycan sərmayədarları mehmanxana və restoran biznesinə, xidmət, ticarət və logistika sahələrinə investisiya yatırmağa üstünlük verirlər. Azərbaycanda Belarus investisiyalarının səviyyəsi təqribən 250 min dollardır, maşınqayırma sahəsi isə daha cəlbedici görünür".
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması da planlaşdırılır.
L.Lavrov bununla bağlı bildirib: "Əmtəə dövriyyəmizin xüsusiyyəti ondan ibarətdir ki, o, hər hansı böhrandan asılı olmayaraq həmişə artır. Hazırda əmtəə dövriyyəsi 260,7 milyon dollardır. Ötən illə müqayisədə artım təqribən 27 faiz təşkil edib və ilin sonunadək bu göstəricinin artacağını gözləyirik".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info