Davudoğlu Azərbaycan və Türkiyədəki stabilliyin önəmindən danışdı
Tarix: 22.10.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycandakı və Türkiyədəki davamlı siyasi stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri enerji layihələri ilə birləşib. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib. Məlumatı Türkiyənin “Anadolu” agentliyi yayıb.
Baş nazir qeyd edib ki, bir sıra qonşu ölkələrdə siyasi və iqtisadi böhranlar yaşanmasına baxmayaraq, Azərbaycan və Türkiyə ciddi enerji layihələri həyata keçirir.
Onun sözlərinə görə, belə layihələrdən biri də TANAP-dır.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.
TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Türkiyə Nazirlər Kabinetinin oktyabrın 21-də qəbul etdiyi qərara əsasən, Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.
Qərar oktyabrın 21-də qəbul edilməsinə baxmayaraq, 2014-cü il yanvar 1-dən qüvvəyə minir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info