İstanbul-İslamabad reysi üçün tranzit Bakı aeroportu ola bilər
Tarix: 22.10.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


"Turkiyə Hava Yolları" Heydər Əliyev Beynəlxalq Hava Limanından İstanbul-İslamabad aviareysi üçün tranzit qismində istifadə edə bilər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, Azərbaycan və Pakistan hökumətləri bu təşəbbüslə çıxış ediblər. Onun sözlərinə görə, hər iki hökumət Türkiyə şirkətinin rəhbərliyi ilə adıçəkilən reysin həyata keçirilməsinə dair razılığa gəliblər.
Səfir deyib ki, "Turkish Airlines"ın İstanbul-Bakı-İslamabad reyslərini həyata keçirməsi təklif olunub: "Türkiyə aviaşirkətinin təyyarələri Heydər Əliyev Beynəlxalq Hava Limanına 1 saatlıq eniş edə bilər və Azərbaycandan olan sərnişinlər də bu reysdən istifadə edə bilərlər".
O, əlavə edib ki, hazırda məsələnin texniki tərəfi həll edilir: "Bu ilin sonuna və ya gələn ilin əvvəlinə məsələ həll olunacaq".
Hazırda Bakı və İslamabad arasında birbaşa reys yoxdur. Hər iki ölkənin sərnişinləri "Turkish Airlines"ın reyslərindən istifadə edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info