M.Mard: “Avropa İttifaqı Azərbaycanı miqrasiya sahəsində çox önəmli tərəfdaş kimi görür”
Tarix: 22.10.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin açılışı olub.
Açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard, Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi Marat Kəngərlinski çıxış edib.
Tədbirdə çıxış edən Pərviz Musayev deyib ki, layihənin məqsədi dövlət orqanlarının potensialllrının gücləndirilməsidir. DMX-nin rəis müavini xatırladıb ki, Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə bildirib ki, dünyada əhalinin 2,2 faizini təşkil edən 232 milyon miqrant var. Onlar əsasən əməkçi miqrantlardır. Nazir müavini qeyd edib ki, bu, miqrasiya probleminin nə qədər böyük məsələ olduğunu göstərir.
M.Kərimli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili və xarici miqrasiya əsas məsələlərdən biri olub və bu istiqamətdə müxtəlif qanunlar qəbul edilib, hüquqi baza yaradılıb.
Onun sözlərinə görə, Azərbaycan miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığa üstünlük verir və 15-ə yaxın beynəlxalq əməkdaşlıq sazişləri var. Bir sıra ölkələr, o cümlədən İsveçrə, Almaniya ilə anoloji sazişlərin imzalanması gündəmdədir.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard qeyd edib ki, bu layihə tərəfdaşlarla birgə həyata keçiriləcək və bununla sərhəd idarəçiliyinin gücləndirilməsinə çalışılacaq: "Əsas öhdəliyimiz Azərbaycana bu sazişlərin həyata keçirilməsində dəstək olmaqdır. Avropa İttifaqı Azərbaycanı miqrasiya sahəsində çox önəmli tərəfdaş kimi görür".
M.Mard vurğulayıb ki, layihənin büdcəsi 3,2 milyon dollar təşkil edir və 2017-ci ildə başa çatacaq. Onun sözlərinə görə, layihənin məqsədi viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin həyata keçirilməsində, miqrasiya idarəçiliyində səmərəli mexanizmələrin yaradılması, sərhəd idarəçiliyi sahəsinin və insan alverinə qarşı mübarizənin gücləndirilməsidir: "Bu layihə formalaşmış əməkdaşlığa əsaslanır və ümid edirik ki, ən yaxşı səviyyədə həyata keçiriləcək".
Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin isə bildirib ki, bu prosesdə birgə səylər çox vacibdir.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqrantlar üçün təyinat ölkəsinə çevrilib və buradan tranzit kimi də istifadə olunur.
R.Helden Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəni gücləndirdiyini söyləyib: "Miqrasiya ölkələrin iqtisadiyyatına və mədəniyyətinə təsir edir. Ona görə də bu sahə düzgün tənzimlənməlidir. Azərbaycanla əməkdaşlığımız imkan verir ki, bu istiqamətdə öz töhfəmizi verək".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info