“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ölkənin əyalətlərini də əhatə edib”
Tarix: 22.10.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu müasir dünyanın beynəlxalq əhəmiyyətli qeyri-maddi irsi kimi dəyərləndirilməlidir.
Bu sözləri Türkiyənin Baş naziri yanında Mətbuat, İnformasiya və Nəşriyyat İdarəsinin şöbə müdiri Zeliha Doğan Yeşil söyləyib.
Z.D.Yeşil deyib: “Bundan əvvəlki forumun da iştirakçısı olmuşam. Mərasimin müasir dövrün ən möhtəşəm memarlıq əsərlərindən olan Heydər Əliyev Mərkəzində keçirilməsi özü özlüyündə bütün iştirakçılarda Forum haqqında yüksək fikir formalaşdıran ilk amil oldu. Prezident İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm ki, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan möhtəşəm Heydər Əliyev Mərkəzinə sahib olub”.
Forum iştirakçılarının ekskursiya proqramları çərçivəsində də xoş anlar yaşadıqlarını vurğulayan xanım daha sonra deyib: “Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ölkənin əyalətlərini də əhatə edib. Naxçıvanda və Lənkərandakı təbii və qazanılmış gözəlliklər göz oxşayırdı. Çoxlu qonaqlarla rastlaşdıq və bir daha şahidi olduq ki, qardaş Azərbaycan təkcə neft və qaz ölkəsi kimi yox, turizm məmləkəti kimi də şöhrət qazanmağa başlayıb. Naxçıvandakı “Duz dağı” sanatoriyasının müasir üslubda tikintisi, buradakı möcüzəvi müalicə üsulları və onun nəticələri barədə əldə etdiyimiz məlumatları heyranlıqla qarşıladıq”
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info