İstanbulda “Türk dilində danışan ölkələrin əməkdaşlıq günü” münasibətilə tədbir keçirilib
Tarix: 22.10.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


İstanbulda “Türk dilində danışan ölkələrin əməkdaşlıq günü” münasibətilə mərasim keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkil etdiyi mərasimdə çıxış edən şuranın baş katibi Ramil Həsənov indiyə qədər 4 ölkənin könüllü şəkildə əməkdaşlıq etdiyi təşkilatın üzvlərinin bundan sonrakı mərhələdə 6-ya çıxacağına inandığını vurğulayıb: “4 ölkə dövlət başçısının siyasi iradəsinin şuranın fəaliyyətində həlledici əhəmiyyətə malikdir. İkitərəfli münasibətlərimizi bundan sonrakı dönəmdə dördtərəfli səviyyəyə çıxaracağımıza əminəm. Gələcəkdə şuraya üzv olacaq ölkələrin sayı artdıqca əməkdaşlığımızın çərçivəsi daha da genişlənəcək”.
Mərasimdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Naci Koru türk dilində danışan ölkələr arasındakı münasibətlərin İsmayıl bəy Qaspralının “Dildə, fikirdə, işdə birlik” - şüarının zəminində qurulduğunu, bu münasibətlərin inkişaf etdirilməsinin bölgəyə və dünyaya sülh, rifah gətirməyə xidmət etdiyini bildirib. “XXİ əsrin gətirib-gəldiyi potensial fürsətlər bizim üzərimizə önəmli vəzifələr qoyur”, - deyən nazir müavini Naci Koru, qardaş ölkələr arasındakı münasibətlərin dərinləşməsi istiqamətində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının göstərdiyi fəaliyyətdən məmnuniyyət duyduqlarını vurğulayıb.
Mərasimdə çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurucu baş katibi, istefada olan səfir Xəlil Akıncı, Türkiyə Cümhuriyyətinə 43 il xidmət etdikdən sonra 2010-cu ilin sentyabrında şuranın qurucu baş katibi vəzifəsinə gətirildiyini, 4 illik fəaliyyəti nəticəsində qardaş ölkələr arasındakı münasibətlərin könüllülük prinsipi əsasında ən yüksək səviyyəyə çıxarılmasından məmnun olduğunu deyib. Mərasimin sonunda Xəlil Akıncıya qurumun Şərəf mükafatı verilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info