“Hansısa mücərrəd mükafatı almaq üçün Vətəninə, xalqına, xəyanət etmək yolunu tutmaq yolverilməzdir“
Tarix: 22.10.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


"Əgər Avropa Parlamenti insan haqları üzrə Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salmış olacaqdı. Bu mükafatı təqdim edən insanlar da bilirlər ki, Leyla Yunusun kifayət qədər bu və ya digər formada cinayət işində adı gedir. Vətənə xəyanət, Azərbaycanda olan hərbi, dövlət sirlərini digər düşmən dövlətə satma, vergidən yayınma və s. maddələrlə ittiham olunur və istintaq gedir". Bunu “Trend”ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP rəsmisinin sözlərinə görə, belə olan halda kiməsə mükafatın verilməsi təbii ki, istintaqın gedişatına təsir olardı: "Bu, dünyada qəbul olunmayan bir şeydir. Baxmayaraq ki, bundan qabaq da Anar Məmmədli adlı bir nəfərə mükafat verdilər, lakin onun özü də istintaqa təzyiq vasitəsidir. Bu təzyiqi göstərənlər kimlərdir? Onların təhriki ilə, maliyyə dəstəyi ilə bu hərəkətləri Azərbaycanda həyata keçirən Leyla Yunus və digərləridir ki, artıq bunların da üstü açılır. Onlar burada dələduzluq yolu ilə nə qədər vəsait əldə etdilər, qrantlardan pul kəsmək və digər hallar ortaya çıxıb. Sonra bunun qarşısını almaqdan ötrü onlara tələm-tələsik hər hansı mükafat verib, azadlığa buraxmaq istəyirdilər ki, izi itirsinlər. Artıq istintaq bu məsələlərin izinə düşüb. Yəqin ki, yaxın vaxtlarda açıq şəkildə keçirilən məhkəmədə Azərbaycan xalqı, dünya ictimaiyyəti görəcək ki, bunlar hansı cinayət əməllərini törədiblər və cəzaları da nədən ibarət olacaq".
S.Novruzov deyib ki, insan çalışmalıdır ki, öz Vətəninin, dövlətinin hərbi, quruculuq, təhsil və s. sahəsində olan əsas dövlət mükafatlarını alsın: "Vətəninə, xalqına, insanlara, cəmiyyətə xidmətlərə görə bu mükafatları almaq daha vacib şərtdir. Hansısa mücərrəd mükafatı almaq üçün Vətəninə, xalqına, dövlətinə xəyanət etmək yolunu tutmaq yolverilməzdir".
Qeyd edək ki, dünən Avropa Parlamenti insan haqları üzrə nüfuzlu Saxarov mükafatının laureatını açıqlayıb. Saxarov mükafatına namizədliyi irəli sürülənlər arasında Azərbaycanda erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və vətənə xəyanətdə, eləcə də digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da adı var idi. Lakin Avropa Parlamenti Leyla Yunusu bu mükafata layiq görməyib. Mükafat Konqodan olan ginekoloq Deniz Mukveqeyə verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info