“Yeni Mesaj“: “Rusiya Suriyadan əl çəkməyəcək”
Tarix: 22.10.2014 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


“İŞİD ətrafında baş verənlərlə 2001-ci ildə ABŞ-da baş verən terror arasında yetərincə paralellər aparmaq olar”


Türkiyənin "Yeni Mesaj" qəzeti Suriya və İraq ətrafında müsəlmanlara qarşı baş verən terrorlar və regionda maraqların toqquşması məsələləri barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun İraq və Suriyaya yardıma davam etmək niyyəti ilə bağlı açıqlaması göstərir ki, Rusiya Suriya məsələsində öz mövqeyindən geri çəklmək istəmir. Buna görə də özünə qarşı sanksiya tətbiq edilməsindən və iqtisadi böhrandan asılı olmayaraq, Rusiya özünün Suriya maraqlarından əl çəkməyəcək. Bu isə təəccüb doğurmur: Heç nə Rusiyanı Suriya ilə bağlı siyasətindən döndərə bilməz. Rusiya faktoru ilə hesablaşmayan Qərb dövlətləri, xüsusən ABŞ, öncə tamamilə həvəslə Suriyanın üzərinə atıldılar. Amma Rusiya kimi güclə qarşılaşandan sonra odlarını söndürdülər. Bu gün Qərb anlayır ki, Suriya məsələsində Moksvadan geri çəkilmə gözləmir. Belə görünür ki, yeganə bir güc var ki, bu faktı hələ də görmür”.
Yazıda qeyd edilir ki, Türkiyə bu məsələdə baş verənləri görmür.



Daha sonra qeyd edilir: “İŞİD ətrafında baş verənlərlə 11 sentyabr, 2001-ci ildə ABŞ-da baş verən terror arasında yetərincə paralellər aparmaq olar. 11 sentyabrda terror törətdiyi deyilən “Əl-Qaida”nın lideri Üsəma Ben Laden keçmişdə ABŞ-la çox bağlı adam olub. Onun ailəsi Buş ailəsinə yaxın olub. İŞİD lideri Əbu-Bəkr Bağdadi dörd il ərzində amerikan həbsxanasında oturub. Bunun ardınca, onun həbsdən necə qurtulduğu də bəlli deyil.
11 sentyabr terroru Qərb ölkələrində nəhəng antiislam əhval-ruhiyyəsi oyatdı. Bu gün İŞİD döyüşçülərinin kütləvi şəkildə qətllər törətmələri, müsəlman aləminə qarşı yeni düşmənçilik alovu alışdırır. Yaxın günlərdə alman şəhəri Kölndə ekstremist dairələrin və təşkilatçıların dəstəyi ilə islamlaşmaya qarşı nümayiş keçiriləcək. Onlar öz bəynatlarında zorakılığa yol verəcəklərini istisna etmirlər. Belə bir halda, müsəlmanlar üçün bizim regionda təhdid olan və müsəlmanları, “Əhli-Beyt”i amansızcasına qıran İŞİD, islamı Qərb ölkələrində əsas hədəfə çevirib. Amma Almaniyadakı aksiya hələ başlanğıcdır. Görünür, onsuz da müsəlmanlara qarşı çoxlu irqçi hücumların olduğu Almaniyada və digər Qərb ölkələrində bu cür hallar daha da çoxalacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info