IACA-ya üzv ölkələrin assambleyasının Bakıda keçiriləcək sessiyası ilə bağlı məsələlər müzakirə edilib
Tarix: 22.10.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kroytnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə cari il noyabrın 19-21-də IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının Bakı şəhərində keçiriləcək 3-cü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verərək, bu sahədə beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb.
K. Əliyev həmçinin cari ilin 31 iyun - 1 iyul tarixlərində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və IACA-nın iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.
Öz növbəsində, M. Kroytner Azərbaycan tərəfinin IACA-nın 3-cü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da yüksəldilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info