İranda dərmandan zəhərlənənlərin sayı artıb
Tarix: 22.10.2014 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


İranda dərmandan zəhərlənmələrin sayı artıb. Bunun səbəbi isə dərman preparatlarından düzgün istifadə edilməməsidir. Bunu İran Səhiyyə Nazirliyi Dərman və Qida İdarəsinin eksperti Yəsna Behməneş deyib. Bu barədə İranın MEHR agentliyi xəbər verib.
Y.Behməneş bildirib ki, zəhərlənmə diaqnozu ilə idarəyə müraciətlərin 70 faizini dərmandan zəhərlənmələr təşkil edir: “2013-cü ildə 747 nəfər dərmandan zəhərlənib. Cari ilin ilk beş ayında isə (İranda il martın 21-də dəyişir) bu göstərici 284 nəfər təşkil edib".
Onun sözlərinə görə, 2011-2013-cü illər ərzində Tehranın "Loğman həkim" xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edən hər 100 nəfərdən 60-ə dərmandan zəhərlənənlər olub: “Onların 80 faizi isə bilərəkdən dərman içib özünü zəhərləmiş şəxslərdir. Ümumilikdə, 2013-cü il ərzində 24 500 nəfər zəhərlənmə diaqnozu ilə Tehranın "Loğman həkim" xəstəxanasına müraciət edib”.
Y.Behməneş deyib ki, İranın Məşhəd və İsfahan şəhərlərində də xəstəxanalara müraciət edənlərin 60-70 faizi dərmandan zəhərlənənlərdir. Onların 3 faizini uşaqlar təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info