Kürdlər üçün nəzərdə tutulan silah və sursat “İŞİD”in əlinə keçib
Tarix: 22.10.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərində “İŞİD” qruplaşması ilə kürd silahlıları arasında ağır döyüşlər davam edir. “Euronews” telekanalının xəbərinə görə, “İŞİD” yaraqlıları şəhərin bir neçə məhəlləsini və strateji yüksəkliyi əllərində saxlayırlar. ABŞ-ın və koalisiya qüvvələrinin hava zərbələri “İŞİD”in irəliləyişini zəiflətsə də, qarşısını ala bilməyib.
Şənbə günü Amerika aviasiyası havadan Kobaninin müdafiəçiləri üçün silah, sursat və tibbi ləvazimatla dolu bağlamalar tullayıb. Lakin bağlamaların bir qisminin “İŞİD” yaraqlılarının əlinə keçdiyi bildirilir.
Xarici ölkələrdən dəstək almasına baxmayaraq, kürdlər “İŞİD”ə qarşı uğurla müdafiə oluna bilmirlər. Rəsmi Ankara silahlı İraq kürdləri – peşmərgələrin Türkiyə ərazisindən keçərək Kobaniyə girmələrinə icazə verib.
Qonşu İraqda da “İŞİD” qüvvələri şimala doğru irəliləməkdə davam edir. İraq ərazisinin xeyli hissəsinə, o cümlədən Suriya ilə sərhəddə yerləşən Əl-Ənbar əyalətinə nəzarət edən terrorçuların İranla sərhəddə yerləşən Qara-Topax şəhərinə hücum etdikləri barədə məlumat yayılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info