Səfir: “Tərəflərin etimad ab-havası yarada bilmələri vacibdir”
Tarix: 22.10.2014 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini göstərməyi nəzərdə tutur. Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno prezidentlərin yaxın vaxtlarda keçiriləcək görüşünü şərh edərkən deyib.
Fransalı diplomat xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı təşəbbüs Prezident Fransua Olland tərəfindən onun may ayında Yerevan və Bakıya səfəri zamanı səsləndirilib.
Səfir qeyd edib: “Fransa Prezidentinin təşəbbüsü qəbul edildi və görüş yaxın günlərdə Parisdə keçiriləcək. Təfərrüatlara varmadan yalnız onu qeyd edim ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarışları üzrə danışıqların məzmununa yeni təkan verməyə yönəlib. Bundan başqa, tərəflərin etimad ab-havası yarada bilmələri vacibdir. Görüş dinc danışıqların alternativi olmaması ilə bağlı bu vacib vəziyyətin bir daha təsdiqlənməsini nəzərdə tutur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info