Super Liqanın start günü dəqiqləşdi
Tarix: 22.10.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının başlama vaxtı dəqiqləşib. Dünyanın ən güclüləri arasında olan çempionatımıza noyabrın 1-də start veriləcək.
Hələlik yarışda 5 - “Rabitə”, “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom”un mübarizə aparacağı dəqiqdi. Lakin maliyyə sıxıntısı səbəbindən tarixin yaddaşına qovuşan “İqtisadçı”nı yeni komandanın əvəzləyəcəyi bildirilir. Buna isə yarışın startına kimi aydınlıq gələcək. Yarış ilk dəfə olaraq, saytımızın yazdığı yeniliklərlə start götürəcək. Xəbər verdiyimiz kimi, çempionatımız ilk dəfə “ev-səfər” prinsipi ilə təşkil ediləcək. Həmçinin, hər komandanın sifariş ərizəsində 3 yerli voleybolçu sifariş edilməli, onlardan ən azı biri isə görüş zamanı meydançaya çıxmalıdır. Artıq komandaların rəqiblərini qəbul edəcəyi məkanlar da dəqiqləşib. “Rabitə” və “Telekom” ev oyunlarını “Gənclik” Olimpiya Kompleksində, digər 3 komanda Voleybol Mərkəzində keçirəcək. 6-cı klubun iştirak etməsi tam müəyyən olunmadığına görə hələlik I dövrənin ilk iki oyununun vaxtı da açıqlanıb. Super Liqanın startı günü, saat 17:00-da son Azərbaycan çempionu “Rabitə” “Azərreyl”lə, 1 gün sonra “Azəryol” “Lokomotiv”lə qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq. Qeyd edək ki, ötən mövsümkü reqlamentdə dəyişiklik edilməyib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info