“Qarabağ“ hər zaman güclü təsir bağışlayır”
Tarix: 22.10.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


“Qarabağ" həqiqətən yüksəlişdədir, zədəli futbolçuları demək olar ki, yoxdur. Sabah çox vacib oyun olacaq. Ona görə də mütləq qələbə qazanmalıyıq".
Bu sözləri "Dnepr" klubunun futbolçusu Nikola Kaliçin Ukrayna mətbuatına açıqlamasında deyib. 26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"ın güclü rəqib olduğunu və onlara qarşı matçın çətin keçəcəyini bildirib: "Şübhəsiz, ölkə çempionatında "Çernomorets" üzərində qələbə bizə əlavə impuls verdi. Bu mənada Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşdə psixoloji baxımdan oynamaq daha asan olacaq. Bununla yanaşı, Azərbaycan komandasına qarşı təkcə ev yox, səfər oyunlarında da uğurlu çıxış etməliyik. Rəqib hər zaman güclü təsir bağışlayır. Düşünürəm ki, "Qarabağ"ın Bakıda "Sent-Etyen"lə dueli onların evdə nə dərəcədə çətin bir komanda olduğunun parlaq göstəricisidir". Kaliniç "Qarabağ"la oyunlarda mümkün qədər çox qol vurmağa çalışacaqlarını deyib: "Biz daha öncə güclü rəqiblərə qarşı oynamışıq. "Kopenhagen", "Hayduk", "İnter" və "Sent-Etyen" yaxşı səviyyəli komandalardır və onlara qol vurmaq çox da asan deyil. "Qarabağ"la oyunda "vurulan toplar" qrafası da daxil olmaqla öz göstəricilərimizi yaxşılaşdırmağa çalışacağıq. Yekunda qol vura bilməsək, qələbə də olmayacaq. Ona görə də bizə mütləq qol vurmaq lazımdır".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info