“Total” şirkətinə yeni prezident təyin olunub
Tarix: 23.10.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər



“Total” neft-qaz konserninin yeni prezidentinin adı məlum olub. Şirkətin idarə heyətinin qərarına əsasən Kristof de Marjerinin yerinə Patrik Pouyanne təyin olunub.
Pouyanne əvvəllər şirkətin emal və kimya bölümünə rəhbərlik edib. Xatırladaq ki, oktyabrın 21-də Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Həmin təyyarədə olan “Total”ın prezidenti və daha 3 nəfər ölüb. Qeyd edək ki, “Total” konserninin başçısının faciəli ölümü Fransada əsl şok vəziyyəti yaradıb. İstintaq qəzanın əsas səbəbini “Vnukovo” hava limanının işindəki çatışmazlıqlarda görür.
“Euronews” xəbər verir ki, qəza yerində tapılmış qara qutular Beynəlxalq Aviasiya Komitəsinə çatdırılsa da, onlar fransalı mütəxəssislərin gəlişinə qədər açılmayacaq. Qəzanın baş verməsində digər ehtimallarla yanaşı, dispetçerlərin və qartəmizləyən maşın sürücüsünün səhvi də göstərilir. Hazırda sürücü saxlanılıb və onun qəza zamanı alkoqollu içki qəbul etməsi faktı araşdırılır. Rusiya Federasiyasının istintaq komitəsinin nümayəndəsi Vladimir Markin hadisənin hava limanı nümayəndələrinin təqdim etməyə çalışdıqları kimi faciəli təsadüf nəticəsində deyil, aeroport əməkdaşlarının işini düzgün qura bilməyən vəzifəli şəxslərin səhlənkarlığı ucbatından baş verdiyinin aydın göründüyünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info