“Anamın kitabı” pyes müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 23.10.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.az” və Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı, Medika Hospital və Hədəf Kurslarının sponsorluğu ilə həyata keçirilən “Anamın kitabı” pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə “Anamın kitabı” ədəbi mükafatının münsiflər heyətinin sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli açıb. Sonra Hədəf Nəşrlərinin təsisçisi, “Anamın kitabı” ədəbi mükafatının ideya müəllifi, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq çıxış edib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov teatrın inkişafında “Anamın kitabı” pyes müsabiqəsinin rolundan danışaraq qalibləri təbrik edib. Bildirilib ki, Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədilə təsis olunan “Anamın kitabı” ədəbi mükafatının builki müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində müsabiqəyə 50-dən çox pyes buraxılıb. İyunun 15-nə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə qaliblər mükafatlandırılıb. Layihənin rəhbəri, yazıçı Müşfiq Xanın verdiyi məlumata görə, gələn ildən mükafatın məbləğinin artırılması nəzərdə tutulub. Qeyd edək ki, birinci yeri tutan pyes Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Onluğa düşən bütün əsərlərin yer aldığı toplu, həmçinin Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tədbir iştirakçılarına hədiyyə edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info