“AMEA, tabeliyində olan institutlara bundan sonra maliyyə ayırmayacaq”
Tarix: 23.10.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“AMEA-nın tərkibində magistratura pilləsinin yaradılması məsələsi artıq həll olunub”
“AMEA-da islahatlar davam edir. AMEA, tabeliyində olan institutlara bundan sonra maliyyə ayırmayacaq”. Bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, xüsusi müsabiqəli elmi proqramlar təsis olunacaq ki, onlar büdcədən maliyyələşəcək: “Bu isə o deməkdir ki, elmi fəaliyyətin davam etdirilməsi üçün ayrılan vəsait, aktual problemləri əhatə edəcəyi təqdirdə onlara maliyyə ayrılacaq. Bu isə alimlərin çalışmasını stimullaşdıracaq. Müsabiqəli elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi məhz gənclərin elmə marağının daha da artmasına xidmət edəcək. Gənclərin bu müsabiqələrdə iştirakı isə vacibdir. Çünki bu proqramlar bilavasitə gənclərə elə şərait yaradılacaq ki, onlar əvvəllər 200 manat vəsaitlə təmin olunurdularsa, indi 1200 manatla təmin olunsunlar. Bundan əlavə, AMEA mütəmadi müsabiqələrin keçirilməsini planlaşdırır. Bu müsabiqələr isə gənclərin impakt faktorlu jurnallarda məqalələrinin çap olunmasına şərait yaradacaq. İstinad indeksi məşhur olan elmi jurnallarda da məqalələrin çapı nəzərdə tutulur”. A. Əlizadə gənc alimlərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlərdən də danışıb: “Onların yeni mənzillərlə təminatı, istirahətlərinin səmərəli təşkili diqqət mərkəzindədir. Xatırlayırsınızsa, incəsənət xadimləri üçün “Art City” ayrılmışdı. O şəhərcik məhz incəsənət xadimlərinin istifadəsinə verildi. Biz də bu istiqamətdə Prezidentə müraciət etmişik ki, Elmlər Akademiyasının üzvləri, gənc alimlər üçün “Science City” elm şəhərciyinin yaradılmasını təmin etsin. Burda əsas üstünlük gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldiləcək. Bu isə 30-50 yaş qrupunu əhatə edəcək elm adamlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır”.
AMEA-nın tərkibində magistratura pilləsinin yaradılması probleminin artıq həll olunduğunu deyən A. Əlizadə bildirib ki, artıq ixtisaslar da ayrılıb: “Bu ixtisasların sayı 47-dir. AMEA-da magistratura problemi digər ali təhsil ocaqlarındakından fərqlidir. Çünki bizə oxşar magistratura yaratmaq gərəkli deyil. Məsələn, AMEA üçün vacib olan odur ki, bakalavrlar magistratura pilləsində Azərbaycan elminə lazım olan qədim dillər üzrə biliklərini dərinləşdirsinlər, qədim erməni, yunan və ölü dilləri öyrənsinlər”
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info