Azərbaycan və İran ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlıq edəcək
Tarix: 23.10.2014 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şahindoxt Movlaverdi ilə görüşüb.
Beynəlxalq konfransın müzakirəsinə çıxarılan mövzunun aktuallığını vurğulayan komitə sədri tədbirin Prezident İlham Əliyevin dəstəyi ilə yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırdı. Qeyd edilib ki, Azərbaycanda ailə, qadın, uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. İran ilə bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı olardı. Beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bölüşən Şahindoxt Movlaverdi bu istiqamətdə müvafiq proqramların tərtib olunacağını söyləyib. İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini köklərlə bir-birinə bağlı olduğunu xatırladan Ş.Movlaverdi ölkələrimiz arasında ailə və qadın məsələləri üzrə əlaqələrin genişləndirilməsi üçün çox böyük potensialın olduğunu vurğulayıb. Görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub. Həmçinin Bakıda keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda qəbul olunmuş sənədlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info