Poznanda Əlimərdan bəy Topçubaşova həsr olunmuş barelyefin açılışı olub
Tarix: 23.10.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının əsas binasında 1918-1920 Polşanın baş naziri olmuş İqnaçı Paderevskiyə və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşova həsr olunmuş barelyefin açılışı olub.
Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, barelyefin açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovska, Akademiyanın prorektorları, müəllim və tələbə heyəti və Poznan ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə xanım Halina Lorkovskaya açaraq İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova haqqında danışıb və barelyefin İ. Paderevskinin adını daşıyan Musiqi Akademiyasında qurulmasını əlamətdar hadisə kimi dəyərləndirib. Səfir Həsən Həsənov çıxışında Azərbaycan haqqında məlumat verib və Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Səfir Həsən Həsənov çıxışında bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının ona edilən yaxşılıqları və öz dostlarını unutmayan xalq olduğunun göstəricisidir.
Sonra səfir Həsən Həsənov və İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovskaya barelyefi açıblar.
Tədbirin sonunda Musiqi Akademiyasının tələbələrinin hazırladığı konsert olub.Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info