Arye Qut : “Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır”
Tarix: 23.10.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkənin beynəlxalq aləmdə daha çox tanınması üçün vacib idi. Bakı Humanitar Forumunda dünya səviyyəli nüfuzlu siyasətçilər, dövlət xadimləri, alimlər, rəssamlar, bir sıra ölkələrin vətəndaş cəmiyyətlərinin aparıcı nümayəndələri iştirak edirdilər. Yəni bu, dünyanın intellektual elitasının toplaşdığı nüfuzlu bir beynəlxalq tədbir idi. Bu forum dünyanın müxtəlif bölgələrindən insanları bir araya gətirdi. Forum çərçivəsində Naxçıvana səfər isə mənim üçün ikiqat əhəmiyyətli oldu”. Bunu Amerika yəhudisi, “Forum Daily” qəzetinin müxbiri Şimon Brimanın müsahibəsində IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “İsrail səsi” radiosunun şərhçisi, beynəlxalq münasibətlər, Cənubi Qafqaz üzrə tanınmış ekspert Arye Qut deyib. A.Qut qeyd edib ki, bu il Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikasının muxtariyyət qazanmasının 90 illiyi təntənəli tədbirlərlə qeyd olunur. Bunun səbəbi odur ki, XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət qazanmaqla Azərbaycanın tərkibində qalıb və inkişaf edə bilib. “Mən burada öyrəndim ki, bir sıra qədim tarixi mənbələrdə Naxçıvan adı həm də “Nuh yurdu”, “Nuhun çıxdığı məkan” kimi adlandırılır”, – deyən Arye Qut onu da əlavə edib ki, Naxçıvan şəhəri orta əsrlərdə Atabəylər dövlətinin paytaxtı olub. 1924-cü ildən isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtıdır.
Naxçıvan çoxəsrlik dövlətçilik ənənələrinə sahibdir və Azərbaycan xalqının zəngin mədəni irsi burada daha diqqətlə qorunub saxlanılır. Burada elm, mədəniyyət yüksək səviyyədə inkişaf edib. Dahilər yurdu deyilən bu diyar bir sıra tarixi şəxsiyyətlərin doğulduğu məkan olub. Həmin şəxsiyyətlər Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatına əvəzsiz töhfələr veriblər. Heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlərin fövqündə dayanan böyük dünya miqyaslı dövlət xadimidir.
A. Quta görə, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana daim böyük diqqət və qayğı göstərib, onun problemlərinin həllinə xüsusi diqqət yetirib: “Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük geosiyasi və geo¬iqtisadi uğurlar əldə edib. Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli liderinin yolunu uğurla davam etdirərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi diqqət yetirib. 23 ildir, blokadada yaşayan muxtar respublika cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün dinamik sürətdə inkişaf edir. Bunu faktlar da sübut edir. 2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası çox böyük inkişaf yolu keçib. Bu dövrdə muxtar respublikada ümumi daxili məhsul 8,3 dəfə, sənaye məhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artıb. Bir sıra iş yerləri açılıb, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə çox böyük irəliləyişlər nəzərə çarpıb. Məhz buna görə də bu gün Naxçıvan dövlət və hökumət başçılarının, iri beynəlxalq konfrans və forumların keçirildiyi məkana çevrilib. 2018-ci ildə isə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvan çox əhəmiyyətli bir missiyanı yerinə yetirəcək”.
İsrailli ekspertin sözlərinə görə, hazırda qədim Naxçıvan, həqiqi mənada, intibah dövrünü yaşayır: “Müsbət dəyişikliklər hər sahədə özünü göstərir. Kiçik və orta biznes inkişaf edir. Həmçinin dövlət sektoru ilə yanaşı, özəl iqtisadi sektor da güclənir, münbit rəqabət mühiti yaradılıb. Yüksək texnologiyaların tətbiqinə üstünlük verilir, sistemli və çox faydalı, elmi əsaslara söykənən islahatlar davam etdirilir. Biznestənzimləyən inzibati tədbirlər həyata keçirilir, liberallaşmaya üstünlük verilir, lazımsız məhdudiyyətlər aradan qaldırılır, daxili və xarici investisiyalar cəlb olunur. Bu proseslər Azərbaycan Prezidenti İlham Əliyevin də diqqətindədir”.
Arye Qut onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının çox güclü turizm potensialı var. İnfrastruktur çox yüksək səviyyədə qurulub. Gözəl, rahat otellər tikilib, yollar salınıb. Tarixi məkanlar isə hər bir qonağın diqqətini cəlb edir. Əshabi-Kəhf ziyarətgahı, Nuh Peyğəmbərin, Yusif Küseyir oğlu, Möminə xatın, Gülüstan, Xanəgah türbələri, Naxçıvan Cümə məscidi, Qeysəriyyə, qədim hamam, Gəmiqaya və sair bunların sırasında yer alır. Yəni Naxçıvan öz tarixi abidələri ilə zəngin olan qədim Azərbaycan torpağıdır. Naxçıvanın gözəl təbiəti ilə yanaşı, gözəl memarlıq üslubu da hər kəsi valeh edir. Burada 250-dən çox mənbədə mineral su var. Sirab, Badamlı, Darıdağ, Nəhəcir, Cəhri, Qəmur, Qahab və digərləri çox tanınıb.¬
“Naxçıvanda əla, müalicəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Bunlar arasında Duzdağ Fizioterapiya Mərkəzi xüsusilə diqqətimi çəkdi. Burada astmanın ən ağır formaları belə, müalicə oluna bilir. Hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan bura gəlir və şəfa tapır”, – deyən Qut Naxçıvanda turizmin daha da inkişaf edəcəyinə əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info