Ümumtəhsil məktəblərində valideynlərin iştirakı ilə peşəyönümlü tədbirlər başlanıb
Tarix: 23.10.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Gənc nəslin gələcək karyerasının müəyyən edilməsi və məşğulluğunun təmin olunmasında onların düzgün peşə seçimi xüsusi önəm kəsb edir. Gənclərin peşə seçimində isə onların valideynləri fəal rola malikdirlər. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirlərinə başlanıb. İlkin olaraq paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə belə tədbirlər keçirilib. Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilir. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılır. Habelə şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları paylanır, onların sualları cavablandırılır.
Peşəyönümü tədbirlərinin gələn ayın sonunadək və paytaxtın bütün rayonları üzrə ümumilikdə 55 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info